25 avqust 2026. Çərşənbə axşamı

Bakı Olimpiya Stadionunda təhlükəsizlik konfransı keçirilib


  • Offside
  • 19:52 24.08.2026
  • Oxunma sayı: 32
Bakı Olimpiya Stadionunda təhlükəsizlik konfransı keçirilib

Bakı Olimpiya Stadionunda AFFA və Daxili İşlər Nazirliyinin birgə iştirakı ilə Təhlükəsizlik konfransı təşkil olunub.

AFFA-dan  90deqiqe.Az-a verilən məlumata görə, konfransda Azərbaycan Premyer Liqası və beynəlxalq oyunlar zamanı təhlükəsizliyin təmin olunması, kütlənin idarə edilməsi və aidiyyəti qurumlar arasında koordinasiya məsələləri müzakirə olunub.

Tədbirdə AFFA-nın baş katibi Cahangir Fərəcullayev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi Elnur Kərimov, Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Şakir Məmmədov, həmçinin Premyer Liqa, I Liqa və II Liqa klublarının təhlükəsizlik menecerləri və azarkeşlərlə iş üzrə məsul şəxslər iştirak ediblər.







Offside