26 avqust 2026. Çərşənbə

“Məqsədimiz pley-offa qrup lideri kimi çıxmaqdır”


  • Offside
  • 10:58 25.08.2026
  • Oxunma sayı: 48
“Məqsədimiz pley-offa qrup lideri kimi çıxmaqdır”

Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandası Avropa çempionatında mübarizəni uğurla davam etdirir.

90deqiqe.Az-ın məlumatına görə, milli komandanın üzvü Marqarita Stepanenko görüşdən sonra qarşılaşmanın gözlənildiyi kimi asan keçmədiyini bildirib.

Onun sözlərinə görə, matç ərzində hesabda dəyişikliklər və gərgin epizodlar olsa da, komanda sonadək mübarizə apararaq vacib qələbəyə nail olub:

“Qarşılaşma kifayət qədər çətin keçdi. Hər iki komanda oyuna ciddi hazırlaşmışdı. Matç ərzində müxtəlif məqamlarda üstünlük bir tərəfdən digərinə keçdi. Buna baxmayaraq, sona qədər mübarizə apardıq və vacib qələbə qazandıq”.

Stepanenko doğma meydanda azarkeşlərin dəstəyinin komandaya əlavə motivasiya verdiyini qeyd edib. O, Azərbaycan millisinin qarşıdakı görüşlərdə də maksimum nəticə üçün mübarizə aparacağını vurğulayıb.

“Biz artıq növbəti mərhələyə vəsiqəni təmin etmişik. Lakin bununla kifayətlənmək fikrində deyilik. Qarşıda daha iki oyun var. Əsas məqsədimiz qrupda ilk pilləni qorumaq və pley-off mərhələsinə lider kimi yüksəlməkdir”, - deyə voleybolçu əlavə edib.

Qeyd edək ki, C qrupunda yer alan yığma Bakıda keçirilən qarşılaşmada Rumıniya seçməsini 3:2 hesabı ilə məğlub edib. Bu qələbə Azərbaycan millisinin turnirdə ardıcıl üçüncü uğuru olub.

Faiq Qarayevin baş məşqçisi olduğu Azərbaycan millisi C qrupunda keçirdiyi üç oyunun hamısında qalib gəlib. Aktivində 8 xal olan yığma qrup lideridir.







Offside