26 avqust 2026. Çərşənbə

Azərbaycan badmintonçuları beynəlxalq turnirdə 17 medal qazanıblar


  • Offside
  • 14:12 25.08.2026
  • Oxunma sayı: 32
Azərbaycan badmintonçuları beynəlxalq turnirdə 17 medal qazanıblar

Azərbaycanın yeniyetmə badmintonçuları Gürcüstanın Batumi şəhərində keçirilən “Batumi Cup Youth International 2026” beynəlxalq turnirində uğurlu nəticə göstəriblər.

Azərbaycan Badminton Federasiyasından  90deqiqe.Az-a verilən məlumata görə, müxtəlif ölkələrdən idmançıların qatıldığı yarışda Azərbaycan təmsilçiləri üç yaş kateqoriyasında ümumilikdə 17 medal əldə ediblər. Onlardan 5-i qızıl, 4-ü gümüş, 8-i isə bürünc olub.

Azərbaycanın qızıl medalçıları Murad Qarayev – Aidə Qurbanova (U-11 qarışıq qoşa), Murad Qarayev – Doğan Ayan (Türkiyə, U-11 oğlanlar qoşa), İsmayıl Qarayev – Zülfüqar Kərimli (U-13 oğlanlar qoşa), Ömər Mehdi (U-15 fərdi) və Yusif Kamalov – Ömər Mehdi (U-15 oğlanlar qoşa) olublar.

Fərdi yarışlarda Murad Qarayev (U-11), Yusif Kamalov (U-15) və Banu İbrahimli (U-15) gümüş medal qazanıblar. U-15 qarışıq qoşa yarışında Ömər Mehdi – Ayla Zeynalova dueti də ikinci yeri tutub.

Bürünc medallar isə U-11 qoşa qızlar yarışında Aidə Qurbanova – Melis Demir (Türkiyə), U-13 oğlanlar fərdisində İsmayıl Qarayev və Zülfüqar Kərimli, U-13 qızlar fərdisində Dəniz Əhmədli və Lalə İsmayılova, eləcə də bir neçə qoşa yarışın iştirakçıları arasında bölüşdürülüb.

Beləliklə, Azərbaycan badmintonçuları turniri 5 qızıl, 4 gümüş və 8 bürünc medalla başa vurublar.

Qeyd edək ki, Batumidə təşkil olunan yarışda Azərbaycanla yanaşı, Türkiyə, İsrail, Qazaxıstan, Gürcüstan və Ermənistanın badmintonçuları da mübarizə aparıblar.







Offside