- Offside
- 19:57 25.08.2026
Sprint üzrə Azərbaycan milli komandasının baş məşqçisi Valentin Buliçev məşqçilərlə növbəti görüşünü keçirib.
Azərbaycan Atletika Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, görüşdə Bolqarıstandan dəvət olunmuş sprint və sədlərlə qaçış üzrə mütəxəssis Oqnyan Oqnyanov da iştirak edib.
Toplantı zamanı məşq prosesinin təşkili və əsas prinsipləri, atletlərin hazırlıq mərhələləri, eləcə də məşqçilərin praktiki fəaliyyətində tətbiq olunan yanaşmalar ətrafında fikir mübadiləsi aparılıb.
Valentin Buliçev və Oqnyan Oqnyanov öz təcrübələrini bölüşərək məşqçilərin suallarını cavablandırıb, sprint və sədlərlə qaçış üzrə hazırlığın təkmilləşdirilməsi ilə bağlı fikir və tövsiyələrini diqqətə çatdırıblar.
Görüşün əsas məqsədi yerli məşqçilərin bilik və təcrübəsinin artırılması, həmçinin atletlərin hazırlıq prosesində müasir metodların tətbiqinin genişləndirilməsi olub.