- Offside
- 19:57 25.08.2026
Kosovanın paytaxtı Priştinada keçirilən U-15 və yeniyetmələrin Avropa birinciliyində Azərbaycan təmsilçiləri növbəti çıxışlarını keçiriblər.
Azərbaycan Ağırlıqqaldırma Federasiyasından 90deqiqe.Az -a verilən məlumata görə, 75 kq çəki dərəcəsində mübarizə aparan Əbdülhüseyn Hüseynov və Lətif Əliyev yarışı ilk altılıqda tamamlayıblar.
Əbdülhüseyn Hüseynov toplam 276 kq nəticə göstərərək (123 kq + 153 kq) 5-ci yeri tutub.
Lətif Əliyev isə iki hərəkətin cəmində 271 kq (126 kq + 145 kq) nəticə ilə 6-cı olub.
Beləliklə, Azərbaycan ağırlıqqaldıranları yarışın bu çəki dərəcəsində iki idmançı ilə ilk altılıqda yer alıblar.