- Offside
- 19:57 25.08.2026
Çimərlik güləşi üzrə Azərbaycan milli komandasının iki nüfuzlu beynəlxalq yarış üçün heyəti müəyyənləşib.
Azərbaycan Güləş Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, “Sea Breeze” istirahət mərkəzində keçiriləcək yarışlarda 34 ölkədən 200-dən çox idmançı mübarizə aparacaq.
Baş məşqçi Oyan Nəzəriani və məşqçi İbrahim Yusubovun rəhbərliyi altında 37 Azərbaycan güləşçisi qum üzərində qüvvəsini sınayacaq.
Avqustun 27-də keçiriləcək U-17 dünya çempionatında 22 təmsilçimiz çıxış edəcək.
Oğlanların yarışında 60 kq çəki dərəcəsində Əlirza Heybətli, Elcan Həsənov və Ömər Zeynalov, 70 kq-da Rəşad Əliyev, Rəşid Nəzərov və Tunar Quliyev, 80 kq-da Ruslan Vəliyev, Nihad Süleymanlı və Ömər Vəliyev, 90 kq-da isə Elvin Hacıquliyev, Elvin Necəfzadə və Elgün Kərimli mübarizə aparacaqlar.
Qızların turnirində Azərbaycanı 45 kq-da Gülnar Ağadadaşova, Nərgiz Adilova və Vəfa Orucova, 55 kq-da Ülviyyə Musayeva, Günel Kərimli və Nəzrin Əhmədli, 65 kq-da Fidan Babayeva, Rəna Nuriyeva və Mədinə Qasımova, 75 kq-da isə Simurə Abdullayeva təmsil edəcək.
Avqustun 28-29-da keçiriləcək Dünya Seriyasının IV mərhələsində isə 15 Azərbaycan güləşçisi mübarizə aparacaq.
Kişilərin yarışında 70 kq-da Rübail İbrahimli, İbrahim Musayev və İmamhüseyn Nəbiyev, 80 kq-da Sahib Dadaşov, Vüsal Əliyev və Cavid Niftəlizadə, 90 kq-da Əşrəf Aşırov, Ramiz Həsənov və Fərid Cabbarov, +90 kq-da isə Camal Feyziyev və Rəvan Musayev qüvvələrini sınayacaqlar.
Qadınların yarışında isə Əsmər Cankurtaran (50 kq), Nərgiz Səmədova (60 kq), Nigar Mirzəzadə və Zəhra Kərimzadə (70 kq) çıxış edəcəklər.
Yarışların gündüz seansı hər gün saat 10:00-da, axşam seansı isə 16:00-da başlayacaq.
Qeyd edək ki, hər iki turnir avqustun 27-dən 29-dək “Sea Breeze” istirahət mərkəzində təşkil olunacaq.