- Offside
- 19:57 25.08.2026
Bakıda keçirilən qadın voleybolçular arasında Avropa çempionatının C qrupunda növbəti oyun baş tutub.
90deqiqe.Az-ın məlumatına görə, günün ilk qarşılaşmasında Belçika millisi Rumıniya yığmasını sınağa çəkib.
Milli Gimnastika Arenasında keçirilən görüş Belçikanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Setlərdə 25:21, 25:20 və 25:17 hesabları qeydə alınıb.
C qrupunda günün digər qarşılaşmasında Niderland millisi İspaniya ilə üz-üzə gələcək. Görüş saat 18:30-da başlayacaq.
Qeyd edək ki, Avropa çempionatının C qrupunun oyunları avqustun 28-dək Bakıdakı Milli Gimnastika Arenasında keçiriləcək.