26 avqust 2026. Çərşənbə

Azərbaycanlı yeniyetmə tennisçilər Şəkidə hazırlıq keçir


  • Offside
  • 17:52 25.08.2026
  • Oxunma sayı: 46
Azərbaycanlı yeniyetmə tennisçilər Şəkidə hazırlıq keçir

Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri qarşıdakı beynəlxalq və yerli yarışlara hazırlıq məqsədilə təlim-məşq toplanışına başlayıblar.

Azərbaycan Stolüstü Tennis Federasiyasından  90deqiqe.Az-a verilən məlumata görə, hazırlıq prosesi Şəki Olimpiya İdman Kompleksində təşkil olunub.

Toplanışa ölkənin müxtəlif bölgələrindən seçilmiş 16 yeniyetmə idmançı cəlb edilib. Tennisçilər məşqçilər Qulu Quliyev, Rza Mirzəyev, Billurə Eminova və Gülnarə İbrahimovanın rəhbərliyi altında hazırlıq keçirlər.

Məşqlər zamanı idmançıların fiziki hazırlığının yüksəldilməsi ilə yanaşı, texniki və taktiki imkanlarının təkmilləşdirilməsinə də xüsusi diqqət yetirilir.

Təlim-məşq toplanışı sentyabrın 1-dək davam edəcək.







Offside