26 avqust 2026. Çərşənbə

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 gümüş medal qazandı


  • Offside
  • 18:07 25.08.2026
  • Oxunma sayı: 38
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 gümüş medal qazandı

Azərbaycanın yeniyetmə ağırlıqqaldıranı Fəxrəddin Allahverdiyev Kosovonun paytaxtı Priştinada keçirilən U-15 və yeniyetmələrin Avropa birinciliyində uğurlu çıxış edib.

 90deqiqe.Az-ın məlumatına görə, 85 kq çəki dərəcəsində mübarizə aparan idmançı hər üç proqram üzrə fəxri kürsüyə yüksəlib.

Fəxrəddin Allahverdiyev birdən qaldırma hərəkətində 122 kq, təkanla qaldırmada isə 150 kq nəticə göstərərək hər iki növdə gümüş medal qazanıb.

İki hərəkətin cəmində 272 kq nəticə göstərən Azərbaycan təmsilçisi bu göstərici ilə ümumi sıralamada da ikinci yeri tutaraq üçüncü gümüş medalını əldə edib.

Beləliklə, Azərbaycan yığması Priştinada keçirilən Avropa birinciliyini 15 medalla başa vurub. Komandanın aktivində 3 qızıl, 5 gümüş və 7 bürünc medal var.







Offside