- Offside
- 19:57 25.08.2026
Bakıda keçirilən qadın voleybolçular arasında Avropa çempionatının C qrupunda günün ikinci qarşılaşması başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, Niderland millisi İspaniya yığmasına ciddi üstünlüklə qalib gəlib. Milli Gimnastika Arenasında keçirilən görüş “narıncılar”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Setlərdə 25:13, 25:11 və 25:16 hesabları qeydə alınıb.
Bu, Niderland millisinin turnirdə üçüncü qələbəsidir. Komanda daha əvvəl Portuqaliyanı 3:0, Rumıniyanı isə 3:2 hesabı ilə məğlub edib.
Qeyd edək ki, C qrupunda günün ilk oyununda Belçika Rumıniyaya 3:0 hesabı ilə qalib gəlib.
Avropa çempionatının C qrupunun görüşləri avqustun 28-dək Milli Gimnastika Arenasında keçiriləcək.