- Offside
- 21:08 26.08.2026
Özbəkistan Peşəkar Futbol Liqası “Sabah” klubunun UEFA Çempionlar Liqasının liqa mərhələsinə yüksəlməsi münasibətilə Azərbaycan təmsilçisini təbrik edib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə qurumun sosial şəbəkə hesablarında paylaşım edilib.
Özbəkistan Peşəkar Futbol Liqası Azərbaycan klubuna Avropanın ən nüfuzlu klub turnirində uğurlar arzulayıb:
“Qardaş Azərbaycan klubuna Avropanın ən nüfuzlu klub turnirində uğurlar, möhtəşəm qələbələr və yeni nailiyyətlər arzulayırıq! Uğurlar, “Sabah”!”
Qeyd edək ki, “Sabah” UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel” (Beer-Şeva) klubunu iki oyunun nəticəsinə əsasən 6:4 hesabı ilə məğlub edib. Bununla da Bakı təmsilçisi tarixində ilk dəfə turnirin liqa mərhələsində iştirak hüququ qazanıb.