- Offside
- 21:08 26.08.2026
Bakıda keçirilən qadın voleybolçular arasında Avropa çempionatında Azərbaycan millisinin növbəti oyunu baş tutub.
90deqiqe.Az-ın məlumatına görə, Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv C qrupunun IV turunda Belçika yığması ilə üz-üzə gəlib. Milli Gimnastika Arenasında təşkil olunan qarşılaşmada Azərbaycan millisi rəqibinə 0:3 hesabı ilə məğlub olub.
Bununla da yığmanın turnirdəki qələbə seriyası başa çatıb. Azərbaycan millisi bundan əvvəl Portuqaliya (3:1), İspaniya (3:0) və Rumıniyanı (3:2) məğlub edib.
Dörd turdan sonra aktivində 8 xal olan Azərbaycan millisi Niderland və Belçika ilə birlikdə qrupun ilk üç pilləsini bölüşür.
Qeyd edək ki, C qrupunda mübarizə avqustun 28-dək Bakıda davam edəcək.