27 avqust 2026. Cümə axşamı

Azərbaycanın stolüstü tennisçiləri Fransada “Kiçik Avropa çempionatı”nda mübarizə aparacaqlar


  • Offside
  • 13:40 27.08.2026
  • Oxunma sayı: 38
Azərbaycanın stolüstü tennisçiləri Fransada “Kiçik Avropa çempionatı”nda mübarizə aparacaqlar

Azərbaycanın 13 yaşadək stolüstü tennisçilərdən ibarət komandası Fransada keçiriləcək nüfuzlu “Euro Mini Champs” turnirində iştirak edəcək.

Azərbaycan Stolüstü Tennis Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, avqustun 28-31-də Şiltinheym şəhərində təşkil olunacaq yarışda ölkəmizi yeddi idmançı təmsil edəcək.

Belə ki, Əliəkbər Mirzəliyev, Cəfər Almədədli, Camal Kərim, Mehin Mirzəbalayeva, Yasəmən Həbibova, Gülnur Kərimli və Səidə Quluzadə turnirdə qüvvələrini sınayacaqlar.

Azərbaycan təmsilçiləri məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi altında mübarizə aparacaqlar.

Qeyd edək ki, bu il 20-ci dəfə keçiriləcək “Euro Mini Champs” turniri stolüstü tennis dünyasında “Kiçik Avropa çempionatı” kimi tanınır. Yarışda müxtəlif ölkələrdən 13 yaşadək perspektivli tennisçilər iştirak edirlər.

Azərbaycan idmançılarının turnirdə əvvəlki illərdə də uğurları olub. Belə ki, Onur Quluzadə 2024-cü ildə “Euro Mini Champs” yarışının bürünc medalını qazanaraq Azərbaycan stolüstü tennisinin bu turnirdəki uğurlu ənənəsini davam etdirib.







Offside