27 avqust 2026. Cümə axşamı

Yelena Şabovta Bakıda gənc voleybolçularla görüşüb


  • Offside
  • 14:35 27.08.2026
  • Oxunma sayı: 33
Yelena Şabovta Bakıda gənc voleybolçularla görüşüb

Azərbaycanın tanınmış veteran voleybolçusu Yelena Şabovta Bakıda yeniyetmə və gənc voleybolçularla görüş keçirib.

Azərbaycan Voleybol Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, görüş Milli Gimnastika Arenasında təşkil olunub.

Təcrübəli voleybolçu görüş zamanı gənc idmançılara peşəkar karyera qurmağın yollarından danışıb, onlara müxtəlif tövsiyələr verib.

Yelena Şabovta həmçinin milli komanda və klublarda çıxış etdiyi dövrdə qazandığı təcrübəni gənc voleybolçularla bölüşüb, peşəkar idmanda uğur qazanmaq üçün vacib məqamlar barədə fikirlərini çatdırıb.

Görüş qarşılıqlı fikir mübadiləsi və gənc idmançıların veteran voleybolçuya ünvanladığı suallar əsasında davam edib.







Offside