- Offside
- 21:25 27.08.2026
“Gəncə” klubu heyətini iki yeni voleybolçu ilə gücləndirib.
Bölgə təmsilçisindən 90deqiqe.Az-a verilən məlumata görə, Aysu Abdullazadə və Elnarə Rüstəmova komandanın heyətinə cəlb olunublar.
Hər iki voleybolçu Gəncə Regional Voleybol Klubundan transfer edilib. Onların komandaya cəlb olunması baş məşqçi Xanlar Ələkbərovun seçimi əsasında həyata keçirilib.
Yeni transferlərin “Gəncə”nin qarşıdakı mövsümdəki çıxışına töhfə verməsi gözlənilir.