- Offside
- 21:25 27.08.2026
Gənclər və İdman Nazirliyi, AFFA və “Ulduz” Futbol Akademiyasının birgə təşkilatçılığı ilə Quba Olimpiya İdman Kompleksində keçirilən III “Ulduz Cup” beynəlxalq futbol turnirinə yekun vurulub.
90deqiqe.Az-ın məlumatına görə, avqustun 24-dən 27-dək davam edən yarışda 7 ölkədən 12 komanda mübarizə aparıb.
Turnirin finalında Azərbaycanın “Ulduz” Futbol Akademiyası ilə Polşanın “Drukarz” komandası qarşılaşıb. Gərgin və maraqlı mübarizə şəraitində keçən görüşdə polşalı futbolçular minimal hesabla – 1:0 qalib gəliblər.
Üçüncü yer uğrunda matçda isə “Qarabağ” Özbəkistanın “Paxtakor” komandasına 0:2 hesabı ilə məğlub olub.
Beləliklə, “Drukarz” turnirin qalibi, “Ulduz” Futbol Akademiyası ikinci, “Paxtakor” isə üçüncü olub.
Yarışın bağlanış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, rayon ictimaiyyətinin nümayəndələri və azarkeşlər iştirak ediblər.
Sonda turnirin qalibləri və fərqlənən iştirakçıları mükafatlandırılıblar.
Qeyd edək ki, “Ulduz Cup” uşaq futbolunun inkişafına, gənc futbolçuların beynəlxalq təcrübə qazanmasına və müxtəlif ölkələrin akademiyaları arasında əlaqələrin gücləndirilməsinə xidmət edir.