- Offside
- 21:25 27.08.2026
Bakıda keçirilən qadın voleybolu üzrə Avropa çempionatının C qrupunda növbəti oyun baş tutub.
90deqiqe.Az-ın məlumatına görə, günün ilk qarşılaşmasında Belçika və Niderland milliləri üz-üzə gəlib. Milli Gimnastika Arenasında keçirilən gərgin mübarizədə Belçika seçməsi 3:2 hesabı ilə qalib gəlib.
Bu nəticə ilə qrup lideri olan Belçika xallarının sayını 13-ə çatdırıb. Niderland isə 9 xalla ikinci pillədə qərarlaşıb.
C qrupunda günün ikinci matçı saat 18:30-da başlayacaq. Bu görüşdə Portuqaliya və Rumıniya milliləri qarşılaşacaqlar.
Qeyd edək ki, C qrupunun oyunlarına avqustun 28-dək Bakıda ev sahibliyi ediləcək.