27 avqust 2026. Cümə axşamı

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçularının ilk rəqibləri bilindi


  • Offside
  • 18:25 27.08.2026
  • Oxunma sayı: 43
“Böyük Dəbilqə”: Azərbaycan cüdoçularının ilk rəqibləri bilindi

İsveçrənin Lozanna şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turnirinin püşkatma mərasimi keçirilib.

Cüdo Federasiyasından 90deqiqe.Az-a bildirilib ki, püşkatmanın nəticələrinə əsasən, Azərbaycan idmançılarının da ilk rəqibləri bəlli olub.

Qadınlar

52 kiloqram, 1/16 final

Gültac Məmmədəliyeva – Madina Qurbonzoda (Tacikistan)

Leyla Əliyeva – Rin Takeuçi (Yaponiya)

70 kiloqram, 1/16 final

Südabə Ağayeva – Luana Karvalyo (Braziliya)

+78 kiloqram, 1/8 final

Madina Kaisinova – Elis Startseva (Rusiya)

Kişilər

60 kiloqram, 1/16 final

Əhməd Yusifov – David Naci (Macarıstan) / Loiq Kudbudinov (Tacikistan) cütünün qalibi

66 kiloqram, 1/32 final

Turan Bayramov – Lenni Şeynfeld (ABŞ)

66 kiloqram, 1/16 final

Ruslan Paşayev – Suxrob Boqiyev (Bəhreyn)

73 kiloqram, 1/32 final

Kamran Süleymanov – Otari Kvantidze (Portuqaliya)

1/16 final

Rəşid Məmmədəliyev – Ohad Morits (İsrail) / Karim Abdulayev (BƏƏ) cütünün qalibi

81 kiloqram, 1/32 final

Vüsal Qələndərzadə – Qacidavud Qasanov (Bəhreyn)

1/16 final

Ömər Rəcəbli – Adilet Almat (Qazaxıstan) / Vinçentso Pelliqra (İtaliya) cütünün qalibi ilə

90 kiloqram, 1/32 final

Vüqar Talıbov – Akaki Çaparidze (Gürcüstan)

+100 kiloqram, 1/16 final

Kənan Nəsibov – Yakov Xammo (Ukrayna)

1/8 final

Uşanqi Kokauri – Fransisko Solis (Çili) / Maqomedomar Maqomedomarov (BƏƏ) cütünün qalibi

Qeyd edək ki, avqustun 28-dən 30-dək davam edəcək və “Los-Anceles-2028” Yay Olimpiya Oyunlarına lisenziya xalları verəcək yarışda Azərbaycan 9 çəki dərəcəsində 14 cüdoçu ilə (10 kişi, 4 qadın) təmsil olunacaq.







Offside