- Offside
- 22:30 27.08.2026
Bakıda keçirilən qadın voleybolu üzrə Avropa çempionatının C qrupunda növbəti oyun baş tutub.
90deqiqe.Az-ın məlumatına görə, günün ikinci qarşılaşmasında Portuqaliya və Rumıniya milliləri üz-üzə gəlib. Milli Gimnastika Arenasında keçirilən görüş Portuqaliyanın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da gün ərzində C qrupunda hər iki qarşılaşma eyni hesabla yekunlaşıb. Günün ilk matçında Belçika Niderlandı 3:2 hesabı ilə məğlub edib.
Bu nəticələrdən sonra Belçika 13 xalla C qrupunda liderliyini qoruyur. Niderland 9 xalla ikinci, Azərbaycan millisi isə 8 xalla üçüncü pillədə qərarlaşıb.
Portuqaliya 5 xalla dördüncü, Rumıniya 3 xalla beşinci, İspaniya isə 1 xalla altıncı sıradadır.
Qeyd edək ki, C qrupunun oyunları avqustun 28-dək Bakıda keçiriləcək.