27 avqust 2026. Cümə axşamı

US Open-2026: Kişilər arasında mümkün 1/4 final cütlükləri bəlli oldu


  • Offside
  • 22:30 27.08.2026
  • Oxunma sayı: 41
US Open-2026: Kişilər arasında mümkün 1/4 final cütlükləri bəlli oldu

Bu gün Nyu-Yorkda tennis üzrə ABŞ Açıq Çempionatının (US Open) 2026-cı il turnirinin kişi fərdi yarışında püşkatma mərasimi keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, püşkatmanın nəticələrinə əsasən, turnirin 1/4 finalında qarşılaşa biləcək tennisçilərin adları da müəyyənləşib.

US Open-2026: mümkün 1/4 final cütlükləri:

  • Aleksandr Zverev (Almaniya, 1) – Aleks de Minaur (Avstraliya, 6)
  • Feliks Ojye-Alyassim (Kanada, 3) – Flavio Kobolli (İtaliya, 5)
  • Daniil Medvedev (Rusiya, 7) – Novak Cokoviç (Serbiya, 4)
  • Ben Şelton (ABŞ, 5) – Karlos Alkaraz (İspaniya, 2)

Qeyd edək ki, Nyu-Yorkda keçiriləcək “Böyük dəbilqə” turnirinin kişi fərdi yarışında qarşılaşmalar avqustun 30-dan sentyabrın 13-dək baş tutacaq.

Turnirin kişilər arasında son qalibi hazırda dünya reytinqində 3-cü pillədə qərarlaşan ispaniyalı Karlos Alkarazdır. O, ötən il finalda italiyalı Yannik Sinneri 6:2, 3:6, 6:1, 6:4 hesabı ilə məğlub edib.







Offside