- Offside
- 00:26 29.08.2026
Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin idmançıları qarşıdakı günlərdə beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.
Qurumdan 90deqiqe.Az-a verilən məlumata görə, Azərbaycan atletləri sentyabrın 10-dan 14-dək Maltada keçiriləcək “Xüsusi Olimpiya Avropa Açıq Üzgüçülük Yarışı”nda iştirak edəcəklər.
Hazırda idmançılar turnirə hazırlıq çərçivəsində təlim-məşq prosesini davam etdirirlər.
Bundan başqa, sentyabrın 23-dən 26-dək Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə dünya çempionatı çərçivəsində “Xüsusi Olimpiya Açıq Cüdo Turniri 2026” keçiriləcək.
Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin atletləri bu yarışda da ölkəmizi təmsil edəcəklər. Komitənin nümayəndələri hazırda turnirə hazırlıq məqsədilə təlim-məşq toplanışında iştirak edirlər.