- Offside
- 00:26 29.08.2026
Sentyabrın 25-də Bakıda taekvondo üzrə gənclər arasında “Koreya Səfiri Kuboku” keçiriləcək.
90deqiqe.Az-ın məlumatına görə, yarış Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda təşkil olunacaq.
Bir gün davam edəcək turnirdə Azərbaycanın müxtəlif şəhər və rayonlarını təmsil edən idman klublarının və təşkilatlarının taekvondoçuları mübarizə aparacaqlar.
Yarışda 2009–2011-ci il təvəllüdlü oğlan və qız idmançılar iştirak edəcəklər.
Gənc oğlanlar 48, 55, 63, 73 və 73 kiloqramdan yuxarı çəki dərəcələrində, gənc qızlar isə 44, 49, 55, 63 və 63 kiloqramdan yuxarı çəkilərdə qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, “Koreya Səfiri Kuboku”nun keçirilməsində əsas məqsəd gənc taekvondoçular arasında rəqabət mühitinin gücləndirilməsi və onların yarış təcrübəsinin artırılmasıdır.