13 oktyabr 2026. Çərşənbə axşamı

Azərbaycan dırmanmaçıları Avropa çempionatında mübarizə aparacaqlar


  • Offside
  • 13:35 28.08.2026
  • Oxunma sayı: 181
Azərbaycan dırmanmaçıları Avropa çempionatında mübarizə aparacaqlar

İdman dırmanması üzrə Azərbaycan millisinin üzvləri Fransanın Laval şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcəklər.

Azərbaycan Alpinizm Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, avqustun 28-dən 30-dək davam edəcək yarışda ölkəmizi Çingiz Tağızadə, Leyla Əhmədova və Sima Səfərova təmsil edəcəklər.

Milli komandanın üzvləri çempionatda sürət (Speed) və çətinlik (Lead) dırmanması növlərində qüvvələrini sınayacaqlar.

Azərbaycan yığmasının yarışda çıxışına Aysel Sultanova rəhbərlik edəcək.







Offside