29 avqust 2026. Şənbə

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə”nin ilk gününü medalsız başa vurdular


  • Offside
  • 14:57 28.08.2026
  • Oxunma sayı: 24
Azərbaycan cüdoçuları “Böyük Dəbilqə”nin ilk gününü medalsız başa vurdular

Azərbaycan cüdoçuları İsveçrənin Lozanna şəhərində keçirilən “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər.

90deqiqe.Azn məlumatına görə, yarışın ilk günündə Gültac Məmmədəliyeva və Leyla Əliyeva (hər ikisi 52 kq), Əhməd Yusifov (60 kq), həmçinin Turan Bayramov və Ruslan Paşayev (hər ikisi 66 kq) mübarizəni dayandırıblar.

Bununla da sözügedən cüdoçular turniri medalsız başa vurublar.

Qeyd edək ki, Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən “Böyük Dəbilqə”də Azərbaycan 9 çəki dərəcəsində 14 idmançı ilə təmsil olunur. Onlardan 10-u kişi, 4-ü isə qadın cüdoçudur.

Lozannada keçirilən turnir avqustun 30-da başa çatacaq.







Offside