29 avqust 2026. Şənbə

Azərbaycan oxatanları Belarusda iki medal qazandılar


  • Offside
  • 17:22 28.08.2026
  • Oxunma sayı: 29
Azərbaycan oxatanları Belarusda iki medal qazandılar

Azərbaycan oxatanları Belarusun Brest şəhərində keçirilən beynəlxalq turnirdə iki medal əldə ediblər.

Federasiyadan 90deqiqe.Az-a verilən məlumata görə, Fatimə Hüseynli U-21 yaş kateqoriyasında 70 metr məsafəyə atışda 622 təsnifat xalı toplayaraq gümüş medal qazanıb.

Qadınlardan ibarət Azərbaycan milli komandası da turniri medalla başa vurub. Yaylagül Ramazanova, Fatimə Hüseynli və Lalə Əbdürəhmanovadan ibarət yığma üçüncü yer uğrunda mübarizədə Rusiya komandasını 5:3 hesabı ilə məğlub edərək bürünc medala sahib olub.

Beş gün davam edən yarışda Azərbaycanla yanaşı, Rusiya, Tatarıstan, Buryatiya və Saxanı təmsil edən 220 idmançı iştirak edib.







Offside