29 avqust 2026. Şənbə

Mingəçevirdə Azərbaycan çempionatı keçiriləcək


  • Offside
  • 18:23 28.08.2026
  • Oxunma sayı: 28
Mingəçevirdə Azərbaycan çempionatı keçiriləcək

Gənclər və İdman Nazirliyi (GİN) ilə Azərbaycan Su İdman Növləri Federasiyasının (ASİNF) birgə təşkilatçılığı ilə avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək.

90deqiqe.Az-ın məlumatına görə,  31 avqust – 2 sentyabr tarixlərində təşkil olunacaq ölkə çempionatına Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzi ev sahibliyi edəcək.

ASİNF-dən verilən məlumata görə, yarışda Bakı və Mingəçevir şəhərlərini təmsil edən 100-dən çox idmançı iştirak edəcək.

Üç gün davam edəcək çempionatda idmançılar akademik avarçəkmə və kayak üzrə bir və iki nəfərlik, kanoe üzrə isə bir nəfərlik qayıqlarda mübarizə aparacaqlar.

Azərbaycan çempionatında ilk dəfə kayak üzrə qarışıq cütlüklərin yarışı da keçiriləcək.

Qeyd edək ki, ölkə çempionatı sentyabr-oktyabr aylarında Mingəçevirdə təşkil olunacaq ənənəvi “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə hazırlıq və seçim xarakteri daşıyır.







Offside