29 avqust 2026. Şənbə

Azərbaycan millisi Avropa çempionatında Niderlanda məğlub oldu


  • Offside
  • 20:52 28.08.2026
  • Oxunma sayı: 26
Azərbaycan millisi Avropa çempionatında Niderlanda məğlub oldu

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıda keçirilən Avropa çempionatında qrup mərhələsinin son oyununu keçirib.

90deqiqe.Az-ın məlumatına görə, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv C qrupunda Niderland yığması ilə qarşılaşıb. Milli Gimnastika Arenasında baş tutan görüş rəqib komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan millisi qarşılaşmaya inamlı başlayıb və ilk setdə rəqibini 25:15 hesabı ilə məğlub edib.

İkinci setdə təşəbbüsü ələ alan Niderland yığması 25:16 hesabı ilə qalib gələrək ümumi hesabı bərabərləşdirib.

Üçüncü setdə komandalar arasında gərgin mübarizə gedib. Həlledici anlarda daha dəqiq oynayan Niderland voleybolçuları 25:22 hesabı ilə üstün olublar.

Dördüncü setdə də azarkeşlər gərgin qarşılaşmanın şahidi olublar. Setin son bölümündə üstünlük qazanan Niderland yığması 25:19 hesabı ilə qalib gələrək matçın yekun nəticəsini müəyyənləşdirib.

Bununla belə, Azərbaycan millisi qrup mərhələsini 8 xalla üçüncü pillədə başa vuraraq Avropa çempionatının 1/8 final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, C qrupunun digər qarşılaşmasında Rumıniya İspaniyanı 3:0 hesabı ilə məğlub edib.







Offside