29 avqust 2026. Şənbə

Azərbaycan millisinin Avropa çempionatındakı rəqibi bəlli oldu


  • Offside
  • 23:08 28.08.2026
  • Oxunma sayı: 30
Azərbaycan millisinin Avropa çempionatındakı rəqibi bəlli oldu

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının 1/8 final mərhələsindəki rəqibi müəyyənləşib.

90deqiqe.Az-ın məlumatına görə, Bakıda keçirilən C qrupunu 8 xalla üçüncü pillədə başa vuran Faiq Qarayevin rəhbərlik etdiyi yığma növbəti mərhələdə Türkiyə millisi ilə qarşılaşacaq.

“Ay-ulduzlular” son qrup oyununda Polşa yığmasına 2:3 hesabı ilə məğlub olaraq A qrupunu ikinci pillədə tamamlayıblar.

Beləliklə, Azərbaycan və Türkiyə milliləri arasında 1/8 final qarşılaşması avqustun 31-də və ya sentyabrın 1-də İstanbulda keçiriləcək.

Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsində Niderland, Belçika, İspaniya və Rumıniya ilə mübarizə aparıb.







Offside