29 avqust 2026. Şənbə

Kriştiano Ronaldo karyerasının 978-ci qolunu vurdu


  • Offside
  • 23:55 28.08.2026
  • Oxunma sayı: 49
Kriştiano Ronaldo karyerasının 978-ci qolunu vurdu

“Əl-Nəsr”in hücumçusu və kapitanı Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı Pro Liqasının IV turunda “Əl-Taavun”la matçda fərqlənib.

90deqiqe.Azn məlumatına görə, 41 yaşlı forvard görüşün 50-ci dəqiqəsində hesabı açıb. Ronaldo müdafiəçi Məhəmməd Simakanın zərbəsindən sonra qapıya doğru hərəkət edən topun istiqamətini dəyişərək onu tora göndərib.

Bu qol portuqaliyalı üçün peşəkar karyerasında 978-ci olub. Portuqaliyalı ulduz klub səviyyəsində 832, milli komandada isə 146 qola imza atıb.

Qeyd edək ki, Kriştiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”in formasını geyinir.







Offside