29 avqust 2026. Şənbə

“Seltik” və “Reyncers” azarkeşsiz oynayacaq - 117 min avro təzminat


  • Offside
  • 00:26 29.08.2026
  • Oxunma sayı: 38
“Seltik” və “Reyncers” azarkeşsiz oynayacaq   -  117 min avro təzminat

Şotlandiyanın nəhəng klubları – “Seltik” və “Reyncers” ciddi cəzaya məruz qalıb.

 90deqiqe.Az-ın “The Scottish Sun”a istinadən məlumatına görə, hər iki komanda Şotlandiya Kubokunda növbəti ev oyunlarından birini azarkeşsiz keçirməli olacaq.

Cəza ötən mövsüm turnirin 1/4 final mərhələsində “Aybroks” stadionunda keçirilən “Reyncers” – “Seltik” matçından sonra baş verən insidentlərlə bağlıdır. “Seltik” penaltilər seriyasında 4:2 hesabı ilə qalib gəldikdən sonra hər iki komandanın azarkeşləri meydana daxil olub. Nəticədə tərəfdarlar arasında qarşıdurma baş verib və pirotexniki vasitələrdən istifadə olunub.

Bundan əlavə, klubların hər biri rəqib komandaya bilet satışından əldə olunmayan gəlirlə bağlı 117 min avro məbləğində təzminat ödəməlidir.

Həmçinin “Seltik” və “Reyncers”ə daha bir ev oyununu azarkeşsiz keçirmək şərti ilə cəza verilib. Bu sanksiya 2027/28 mövsümünün sonuna qədər azarkeşlər tərəfindən yeni ciddi qayda pozuntusu törədiləcəyi təqdirdə qüvvəyə minəcək.

“Seltik” artıq qərara münasibət bildirib. Klub cəzanı “qeyri-mütənasib” hesab etdiyini açıqlayıb və Şotlandiya Futbol Assosiasiyasının qərarını ətraflı şəkildə nəzərdən keçirəcəyini, bundan sonra mümkün addımlarla bağlı qərar verəcəyini bəyan edib.







Offside