- Offside
- 18:39 29.08.2026
Azərbaycan idmançısı Gözəl Zutova Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən belboğlı kuraş üzrə dünya çempionatında qızıl medal qazanıb.
Gənclər və İdman Nazirliyindən 90deqiqe.Az-a verilən məlumata görə, +76 kq çəki dərəcəsində mübarizə aparan idmançı həm klassik, həm də sərbəst versiyada dünya çempionu adına yiyələnib.
Beləliklə, Gözəl Zutova hər iki versiyada fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq Azərbaycanın aktivinə iki dünya çempionluğu yazdırıb.