29 avqust 2026. Şənbə

“Neftçi SOCAR” Dünya Qadın Seriyasında 1/4 finala yüksəldi


  • Offside
  • 15:35 29.08.2026
  • Oxunma sayı: 47
“Neftçi SOCAR” Dünya Qadın Seriyasında 1/4 finala yüksəldi

3x3 basketbol üzrə “Neftçi SOCAR” komandası Yaponiyada keçirilən Dünya Qadın Seriyasının Takasaki mərhələsində 1/4 finala vəsiqə qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, Azərbaycan təmsilçisi B qrupundakı ikinci oyununda turnirin ev sahibi “Takasaki” klubuna 13:14 hesabı ilə məğlub olsa da, növbəti mərhələyə yüksəlməyi bacarıb.

“Ağ-qaralar” qrupdakı ilk qarşılaşmada isə Yaponiya millisini 15:14 hesabı ilə məğlub ediblər.

Beləliklə, “Neftçi SOCAR” Takasaki mərhələsində mübarizəni davam etdirir. Azərbaycan təmsilçisinin 1/4 finaldakı rəqibi Tailand yığması olacaq.







Offside