29 avqust 2026. Şənbə

Azərbaycan cüdoçusu Lozannada tarix yazdı


  • Offside
  • 18:39 29.08.2026
  • Oxunma sayı: 38
Azərbaycan cüdoçusu Lozannada tarix yazdı

Azərbaycanın deflimpiya cüdoçusu Coşqun Əliyev İsveçrənin Lozanna şəhərində ilk dəfə keçirilən “Ecole Mont-Olivet Deaf Judo Masters Top 18” turnirində qızıl medal qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı dairəvi sistem üzrə təşkil olunan yarışda üç görüş keçirib.

Coşqun Əliyev ilk qarşılaşmada 2025-ci il Deflimpiya çempionu, braziliyalı Dantes Pedronu 2:0 hesabı ilə məğlub edib.

İkinci görüşdə qazaxıstanlı Aktınberk Kakitayevə 0:1 hesabı ilə uduzan təmsilçimiz son qarşılaşmada Türkiyə idmançısı Nurullah Dündarı ipponla məğlub edərək turnirin qalibi olub.

Beləliklə, Coşqun Əliyev “Masters Top 18” turnirinin ilk Azərbaycanlı qalibi kimi tarixə düşüb.

Bu uğurla idmançı eşitmə məhdudiyyətli şəxslər arasında Azərbaycan cüdosunda daha bir ilkə imza atıb.







Offside