- Offside
- 18:39 29.08.2026
Avropa çempionatında 1/8 final mərhələsinə yüksələn qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Türkiyəyə yollanıb.
90deqiqe.Az-ın məlumatına görə, Faiq Qarayevin baş məşqçisi olduğu yığma növbəti mərhələdə turnirin ev sahibi Türkiyə millisi ilə qarşılaşacaq.
1/8 final mərhələsinin görüşü sentyabrın 1-də keçiriləcək. İstanbulda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi Bakıda keçirilən C qrupunu 8 xalla üçüncü pillədə başa vuraraq pley-off mərhələsinə vəsiqə qazanıb.