- Offside
- 23:31 29.08.2026
Səudiyyə Ərəbistanı çempionatının IV turunda “Əl-Holud” və “Əl-Əhli” komandaları üz-üzə gəlib.
90deqiqe.Az-ın məlumatına görə, Ər-Rass şəhərindəki “Əl-Həzm Klub” stadionunda keçirilən qarşılaşmada meydan sahibləri 3:1 hesabı ilə qalib gəliblər.
“Əl-Holud”un heyətində İker Kortaxarena, Jülyen Dominqes və Məhəmməd Savan fərqləniblər.
“Əl-Əhli”nin yeganə qolunu isə Ayvan Toni vurub. Ona məhsuldar ötürməni Eduard Spertsyans verib.
Bu nəticədən sonra “Əl-Əhli” 3 oyundan 6 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. “Əl-Holud” isə 4 matçdan 8 xal toplayaraq 3-cü sıradadır.
Çempionatın turnir cədvəlinə 12 xalla “Əl-Nəsr” başçılıq edir.