30 avqust 2026. Bazar günü

Benzema Əlcəzairdəki yanğınlarla bağlı paylaşım etdi


  • Offside
  • 22:57 29.08.2026
  • Oxunma sayı: 57
Benzema Əlcəzairdəki yanğınlarla bağlı paylaşım etdi

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda çıxış edən fransalı hücumçu Kərim Benzema Əlcəzairdə baş verən genişmiqyaslı meşə yanğınları ilə bağlı paylaşım edib.

90deqiqe.Az-ın məlumatına görə, 38 yaşlı futbolçu yanğınlarda zərər çəkənlərə dəstəyini ifadə edib:

“Bütün düşüncələrim yanğınların qurbanları, onların ailələri, zərərçəkənlər və bu sınaqdan keçən hər kəslədir”.

Valideynləri Əlcəzairdən olan Benzema yanğınların söndürülməsində iştirak edən yanğınsöndürənlərə və xilasedicilərə də təşəkkür edib.

Əlcəzair Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkənin bir neçə bölgəsində yayılan meşə yanğınları nəticəsində 12 nəfər həyatını itirib.

Qeyd edək ki, Benzema cari mövsümdə “Əl-Hilal”ın heyətində keçirdiyi 2 oyunda 1 qola imza atıb. “Transfermarkt” portalı 38 yaşlı hücumçunun bazar dəyərini 5 milyon avro qiymətləndirir.







Offside