- Offside
- 01:09 30.08.2026
Səudiyyə Ərəbistanı çempionatında “Əl-Hilal”ın müdafiəçisi Kalidu Kulibali inanılmaz səhvə yol verib.
90deqiqe.Az-ın məlumatına görə, seneqallı futbolçu komandasının qapıçısı Yassin Bunudan topu qəbul etdikdən sonra onu əlinə götürüb və oyunu əllə başlatmağa hazırlaşıb.
Lakin baş hakim hesab edib ki, Bunu topu Kulibaliyə ötürməklə artıq oyunu başladıb. Nəticədə müdafiəçinin topu əlinə götürməsi cərimə meydançasında qayda pozuntusu kimi qiymətləndirilib və “Əl-Hilal”ın qapısına penalti təyin olunub.
Bununla belə, “Əl-Hilal” penalti zərbəsindən sonra qapısında qol görməyib.
Qeyd edək ki, Kulibali daha əvvəl də oxşar səhvlə gündəmə gəlib. Seneqallı müdafiəçi son dünya çempionatında milli komandanın oyunlarından birində kobud səhvə yol verərək rəqibin qol vurmasına şərait yaratmışdı.