30 avqust 2026. Bazar günü

Darvin Nunyes yeni komandasında ilk qollarını vurdu


  • Offside
  • 01:01 30.08.2026
  • Oxunma sayı: 38
Darvin Nunyes yeni komandasında ilk qollarını vurdu

Səudiyyə Ərəbistanı çempionatında “Əl-Diriyə”nin hücumçusu Darvin Nunyes “Əl-İttifaq”la matçda dubl edib.

90deqiqe.Az-ın məlumatına görə, görüş “Əl-Diriyə”nin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Uruqvaylı forvard 8-ci və 81-ci dəqiqələrdə fərqlənərək yeni komandasında ilk qollarını vurub.

Qeyd edək ki, keçmiş “Liverpul” futbolçusu cəmi bir həftə əvvəl “Əl-Hilal”dan icarə əsasında “Əl-Diriyə”yə keçib. “Əl-İttifaq”la oyun Nunyes üçün yeni klubunun heyətində ikinci matç olub.

Darvin Nunyes təxminən altı aylıq qolsuzluğa da son qoyub. O, sonuncu dəfə fevralın 16-da rəqib qapısına yol tapmışdı. Səudiyyə Ərəbistanı çempionatında isə uruqvaylı futbolçu ilin əvvəlindən – yanvar ayından etibarən ilk dəfə fərqlənib.

Nunyesin “Əl-Diriyə”də icarə müddəti mövsümün sonuna qədər nəzərdə tutulub. O, debüt oyununda “Əl-Hulud”la 1:1 hesablı heç-heçədə qol vura bilməmişdi.







Offside