30 avqust 2026. Bazar günü

Lionel Messi MLS-də bombardirlər yarışında liderliyə yüksəlib


  • Offside
  • 09:04 30.08.2026
  • Oxunma sayı: 63
Lionel Messi MLS-də bombardirlər yarışında liderliyə yüksəlib

“İnter Mayami”nin hücumçusu Lionel Messi MLS-də bombardirlər yarışında liderliyə yüksəlib.

90deqiqe.Az-ın məlumatına görə, 39 yaşlı argentinalı futbolçu “Monreal”la oyunda het-trik edib. Qarşılaşma “İnter Mayami”nin 7:1 hesablı qələbəsi ilə başa çatıb.

Messi 52-ci, 83-cü və 96-cı dəqiqələrdə fərqlənib. Onun 40-cı dəqiqədə vurduğu qol isə sonradan rəqib futbolçunun avtoqolu kimi qeydə alınıb.

Beləliklə, Messi MLS-in 2026-cı il mövsümündə vurduğu qolların sayını 17-yə çatdırıb. O, bombardirlər siyahısında “Dallas”ın xorvatiyalı hücumçusu Petar Musanı (16 qol) geridə qoyaraq ilk pilləyə yüksəlib.

Argentinalı ulduzun hesabında həmçinin 9 məhsuldar ötürmə var. Messi bu göstəriciyə görə də liqada üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, “İnter Mayami” növbəti oyununu sentyabrın 6-da doğma meydanda “Atlanta Yunayted”ə qarşı keçirəcək.







Offside