- Offside
- 10:07 30.08.2026
“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi klub karyerasında 800-cü qolunu vurub.
90deqiqe.Az-ın məlumatına görə, 39 yaşlı futbolçu buna MLS-in növbəti turunda “Monreal”la keçirilən qarşılaşmada nail olub. Messi görüşün 57-ci dəqiqəsində komandasının ikinci qolunu vuraraq 800-cü qolunu rəsmiləşdirib. O, qarşılaşmanın əlavə vaxtında daha bir dəfə fərqlənərək het-trik edib və “İnter Mayami”nin 7:1 hesablı qələbəsinə böyük töhfə verib.
Messi peşəkar klub karyerasında 800 qola cəmi 964 oyunda çatıb. Bununla da o, bu göstəriciyə ən az matçda çatan futbolçu kimi yeni rekorda imza atıb.
Səkkizqat “Qızıl top” sahibi bu nəticə ilə Kriştiano Ronaldunu geridə qoyub. Portuqaliyalı ulduz klub səviyyəsində 800 qola 1060 matçda çatmışdı.
Messi “İnter Mayami”yə keçməzdən əvvəl İspaniyanın “Barselona” və Fransanın PSJ klublarında çıxış edib.