30 avqust 2026. Bazar günü

“O, hələ də ən yaxşıdır”


  • Offside
  • 10:07 30.08.2026
  • Oxunma sayı: 12
“O, hələ də ən yaxşıdır”

“İnter Mayami”nin yarımmüdafiəçisi Kazemiro komanda yoldaşı Lionel Messinin “Monreal” üzərində 7:1 hesablı qələbədəki çıxışını şərh edib.

 90deqiqe.Az-ın məlumatına görə, Kazemiro argentinalı ulduzun komanda üçün əhəmiyyətini vurğulayıb:

“Messinin komandada olması məhz budur. Bu anlardan həzz almalıyıq. Çünki o, tarix yazmağa davam edir. Bu gün gördüklərimizdən zövq almaq lazımdır. Leo hələ də ən yaxşıdır və bunu bütün dünyaya sübut etməkdə davam edir. Onunla birlikdə biz daha güclüyük”.

Qeyd edək ki, argentinalı futbolçu qarşılaşmada het-trikə imza atıb. Messi hətta poker də edə bilərdi. Lakin onun 40-cı dəqiqədə vurduğu ilk qol sonradan rəqib futbolçunun avtoqolu kimi qeydə alınıb.

Lionel Messi 17 qolla MLS-in 2026-cı il mövsümündə bombardirlər yarışına başçılıq edir.







Offside