16 sentyabr 2026. Çərşənbə

Gəncə şəhər stadionu UEFA-nın 4-cü kateqoriyasına layiq görülüb


  • Offside
  • 15:36 30.08.2026
  • Oxunma sayı: 87
Gəncə şəhər stadionu UEFA-nın 4-cü kateqoriyasına layiq görülüb

Gəncə şəhər stadionu UEFA tərəfindən 4-cü kateqoriyalı arena statusuna layiq görülüb.

Bu barədə 90deqiqe.Az-a AFFA-dan məlumat verilib.

İki il ərzində aparılan ardıcıl və məqsədyönlü işlərin nəticəsi olaraq arenanın UEFA-nın müvafiq beynəlxalq standartlarına uyğunluğu təsdiqlənib.

Yeni status Gəncə şəhər stadionuna Azərbaycan milli komandalarının oyunlarını, həmçinin UEFA-nın klub turnirləri çərçivəsində yüksək səviyyəli beynəlxalq qarşılaşmaları qəbul etmək imkanı yaradacaq.

Beləliklə, Gəncə şəhər stadionu UEFA-nın 4-cü kateqoriyalı arenalarına dair tələblərinə cavab verən stadionlar sırasına daxil olub.

 







Offside

AFFA-da yeni təyinatlar
  • Offside
  • 22:16 15.09.2026
AFFA-da yeni təyinatlar