- Offside
- 23:01 30.08.2026
Azərbaycanın gənc stolüstü tennisçisi Mehin Mirzəbalayeva Fransanın Strasburq şəhərində keçirilən “Euro Mini Champs” beynəlxalq yarışında uğurlu çıxışı ilə diqqət çəkib.
90deqiqe.Az-ın məlumatına görə, 2014-cü il təvəllüdlü idmançıların mübarizəsində iştirak edən Mehin Mirzəbalayeva turnirin ilk üç mərhələsini lider kimi başa vurub.
Azərbaycan təmsilçisi daha sonra 1/8 finalda moldovalı, 1/4 finalda isə fransalı rəqibini məğlub edərək yarımfinala vəsiqə qazanıb.
Yarımfinal qarşılaşmasında İsveçrə idmançısı ilə üz-üzə gələn Mehin Mirzəbalayeva rəqibini 3:0 hesabı ilə məğlub edib və “mini Avropa çempionatı” kimi tanınan nüfuzlu turnirin finalına yüksəlib.
Həlledici görüşdə stolüstü tennisçimizin rəqibi Latviya təmsilçisi olacaq.
Mehin Mirzəbalayevanın final qarşılaşması turnirin qalibini müəyyənləşdirəcək.