- Offside
- 23:01 30.08.2026
Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşanın “Rakuv” klubunun heyətində növbəti dəfə fərqlənib.
90deqiqe.Az-ın məlumatına görə, 29 yaşlı futbolçu Polşa çempionatının VI turunda “Yagelloniya”ya qarşı keçirilən matçda komandasının qolunu vurub.
Mahir Emreli qarşılaşmanın 23-cü dəqiqəsində rəqib qapısına yol taparaq hesabı açıb.
Hazırda davam edən görüşdə “Yagelloniya” 2:1 hesabı ilə öndədir.