- Offside
- 23:01 30.08.2026
Azərbaycanın gənc stolüstü tennisçisi Mehin Mirzəbalayeva Fransanın Strasburq şəhərində keçirilən “Euro Mini Champs” beynəlxalq turnirində qızıl medal qazanıb.
90deqiqe.Az-ın məlumatına görə, 2014-cü il təvəllüdlü idmançıların mübarizəsində çıxış edən Mehin Mirzəbalayeva yarışa inamlı başlayıb. O, ilk üç mərhələni lider kimi başa vurduqdan sonra 1/8 finalda moldovalı, 1/4 finalda isə fransalı rəqibini məğlub edərək yarımfinala yüksəlib.
Azərbaycan təmsilçisi yarımfinalda İsveçrə idmançısı ilə qarşılaşıb. Rəqibini 3:0 hesabı ilə məğlub edən Mehin finala vəsiqə qazanıb.
Həlledici görüşdə onun rəqibi turnirin ötənilki qalibi, latviyalı Kaja Tvorog olub. Mehin Mirzəbalayeva bu qarşılaşmada da üstün oyun nümayiş etdirərək rəqibini 3:1 hesabı ilə məğlub edib və “Euro Mini Champs”ın qalibi olub.
Beləliklə, Mehin Mirzəbalayeva “mini Avropa çempionatı” kimi tanınan nüfuzlu turnirdə Azərbaycanın stolüstü tennis üzrə ilk qızıl medalını qazanıb.
Qeyd edək ki, bundan əvvəl Onur Quluzadə “Euro Mini Champs”da bürünc medal əldə edib.