15 oktyabr 2026. Cümə axşamı

Azərbaycan cüdoçuları Polşada 7 medal qazandılar


  • Offside
  • 23:01 30.08.2026
  • Oxunma sayı: 187
Azərbaycan cüdoçuları Polşada 7 medal qazandılar

Azərbaycanın yeniyetmə cüdoçuları Polşanın Krakov şəhərində keçirilən beynəlxalq turnirdə uğurlu çıxış ediblər.

90deqiqe.Az-ın məlumatına görə, U-18 yaş kateqoriyasında mübarizə aparan Azərbaycan təmsilçiləri yarışı 3 qızıl, 2 gümüş və 2 bürünc olmaqla, ümumilikdə 7 medalla başa vurublar.

Əli Abdullayev (60 kq), Hüseyn Şıxəliyev (66 kq) və Ömər Atayev (81 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Dünyamalı Asdanlı (66 kq) və Ruslan Kazımov (+90 kq) gümüş, Rəvan Məmmədli (55 kq) və Əli Cəfərov (66 kq) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, 23 ölkədən idmançıların qatıldığı turnirdə U-16 və böyüklər yaş kateqoriyalarında da qaliblər və mükafatçılar müəyyənləşəcək.







Offside