- Offside
- 00:02 31.08.2026
Dünya reytinqinin 97-ci pilləsində qərarlaşan qazaxıstanlı tennisçi Aleksandr Şevçenko “US Open-2026” turnirinin ilk mərhələsində mübarizəni dayandırıb.
90deqiqe.Az-ın məlumatına görə, Şevçenko reytinqdə 101-ci olan xorvatiyalı Dino Prijmiçlə qarşılaşıb. Gərgin keçən beşsetlik görüş Prijmiçin 7:5, 5:7, 6:3, 6:3, 2:6 hesablı qələbəsi ilə başa çatıb.
Tennisçilər kortda 3 saat 55 dəqiqə mübarizə aparıblar.
Şevçenko görüş ərzində 14 eys edib və 7 qoşa səhvə yol verib. O, 15 breyk imkanından 6-sını reallaşdırıb.
Prijmiç isə 8 dəfə eyslə fərqlənib, 9 qoşa səhvə yol verib və 11 breyk imkanından 6-nı dəyərləndirib.
Dino Prijmiç növbəti mərhələdə Koulman Vonq (Honkonq) – Tommi Pol (ABŞ) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, “US Open-2026” turniri 30 avqust – 13 sentyabr tarixlərində keçirilir.