31 avqust 2026. Bazar ertəsi

Rusiyalı tennisçi “US Open”də növbəti mərhələyə vəsiqə qazanıb


  • Offside
  • 00:02 31.08.2026
  • Oxunma sayı: 45
Rusiyalı tennisçi “US Open”də növbəti mərhələyə vəsiqə qazanıb

Dünya reytinqində 160-cı sırada yer alan rusiyalı tennisçi Polina Yatsenko “US Open-2026” turnirində ikinci mərhələyə vəsiqə qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, o, yarışın ilk turunda reytinqin 71-ci pilləsində qərarlaşan meksikalı Renata Sarasua ilə qarşılaşıb. Gərgin keçən görüş Yatsenkonun 4:6, 6:4, 7:6 (10:7) hesablı qələbəsi ilə başa çatıb.

Tennisçilər kortda 3 saat 21 dəqiqə mübarizə aparıblar.

Yatsenko görüş ərzində 1 eys edib, 6 qoşa səhvə yol verib və qazandığı 15 breyk imkanından 4-nü reallaşdırıb.

Sarasuanın hesabında isə 1 eys, 2 qoşa səhv və 10 breyk imkanından 4-ünün reallaşdırılması olub.

Polina Yatsenko “US Open-2026”nın ikinci turunda Arina Sobolenko (Belarus) – Kamila Osorio (Kolumbiya) görüşünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, “US Open-2026” turniri 30 avqust – 13 sentyabr tarixlərində keçirilir.







Offside