- Offside
- 01:35 31.08.2026
Azərbaycan Bilyard Federasiyasının təşkilatçılığı ilə oğlanlar arasında Sərbəst Piramida üzrə U-15 və U-21 ölkə birincilikləri keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, yarışların yekunlarına əsasən, hər iki yaş kateqoriyasında qaliblər və mükafatçılar müəyyənləşib.
U-15 yaş kateqoriyasında Məmməd Muhammed birinci yeri tutaraq ölkə birinciliyinin qalibi olub. Surxay Quliyev ikinci, Raul Əsgərov və Murad Quliyev isə üçüncü yerləri bölüşüblər.
U-21 yaş kateqoriyasında isə Sübhan Bayramlı bütün rəqiblərini qabaqlayaraq qızıl medala sahib çıxıb. Tunar Məmmədo ikinci, Ədalət Məmmədov və Tofiq Əlisultanlı isə üçüncü yerləri tutublar.
Beləliklə, Sərbəst Piramida üzrə U-15 və U-21 ölkə birinciliklərində qaliblər və mükafatçılar müəyyənləşib.