16 oktyabr 2026. Cümə

Azərbaycan boccia üzrə dünya çempionatında ilk medalını qazandı


  • Offside
  • 10:02 31.08.2026
  • Oxunma sayı: 193
Azərbaycan boccia üzrə dünya çempionatında ilk medalını qazandı

Cənubi Koreyanın paytaxtı Seulda keçirilən boccia üzrə dünya çempionatına yekun vurulub.

Milli Paralimpiya Komitəsindən  90deqiqe.Az-a verilən məlumata görə, Azərbaycan təmsilçisi Sona Ağayeva yarışda bürünc medal qazanaraq tarixə düşüb.

BC2 kateqoriyasında mübarizə aparan idmançımız həlledici qarşılaşmada dünya reytinqinin üçüncü pilləsində qərarlaşan Cənubi Koreya təmsilçisi Ahyonq Çoi üzərində qələbə qazanıb.

Bu nəticə Sona Ağayevaya dünya çempionatının bürünc medalını gətirib.

Qeyd edək ki, əldə olunan nəticə Azərbaycan paralimpiya hərəkatı üçün tarixi əhəmiyyət daşıyır. Sona Ağayevanın medalı boccia üzrə Azərbaycanın Avropa və dünya çempionatlarında qazandığı ilk medal kimi tarixə düşüb.







Offside